Narkotik vasitə ilə tutulmuş şəxsin evindən 10 kiloqrama yaxın marixuana götürülüb
![]()
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rubrika.Az bildiriblər ki, narkotik vasitə ilə tutulmuş M.Əliyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yaşadığı Şüvələn qəsəbəsindəki evə baxış zamanı 78,100 qram heroin və 9 kiloqram 895 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








