“Beloçka”nın satışından gələn pulları mənimsədi – Məhkəmə
![]()
Nəsimi Rayon Məhkəməsində “Ayan” MMC-nin pullarını mənimsəyən şəxsin məhkəməsi başlayır.
Rubrika.Az-n “Yeni Sabah”a istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin 179.2.3-cü ( mənimsəmə- xeyli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Orucov Ələsgər Kərim oğlunun məhkəmə prosesinə hakim Elməddin Hüseynov sədrlik edəcək. İttiham aktına görə, Ə. Orucov şirkətdə satış menejeri vəzifəsində işləyib.
Qeyd edək ki, “Ayan” MMC “Qızıl quyu” limonadı və “Beloçka” günəbaxan tumları istehsalı edən müəssisədir.
Rubrika.Az
Facebook-da paylaş









