30 nəfəri aldadan dələduzun məhkəməsi başlayır - Foto
![]()
Quba rayonu ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başlayır.
Rubrika.Az-ın Yenisabah-a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci ( dələduzluq- təkrar ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Sultanov Nəsrulla Amani oğlunun cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub.
Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəmişdir. İstintaq vaxtı isə zərərəçəkənlərin sayı demək olar ki, 2 dəfə artıb.
Rubrika.Az
Facebook-da paylaş












