İranda koronavirusla bağlı son vəziyyət açıqlandı
![]()
İranda son sutka ərzində daha 1 153 nəfər koronavirusa yoluxub, 60 nəfər həyatını itirib. Rubrika.az “Regnum.ru”ya istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Ölkədə indiyədək 5 710 ölüm, 90 481 yoluxma halı qeydə alınıb. Xəstələrdən 3 079-u ağır vəziyyətdədir.
Bundan əlavə, 69 657 nəfər sağalıb, 421 mindən çox koronavirus testi həyata keçirilib.
Rubrika.Az
Facebook-da paylaş














