Həyat yoldaşına 20 bıçaq zərbəsi vurdu - Təfərrüat
![]()
Həyat yoldaşını 20 bıçaq zərbəsi ilə qətlə yetirən şəxs yenidən hakim qarşısına çıxarılacaq.
Rubrika.Az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilən Məmmədov Nicat Nazir oğlunun həbs-qətimkan tədbiri Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev tərəfindən uzadılıb. Qanlı hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
Belə ki, 2019-cu il oktyabrın 6-da axşam saat 18:15 radələrində Biləcəri qəsəbəsi, Nəsimi küçəsi. ev 29, mənzil 3-də yaşayan, 1986-cı il təvəllüdlü Məmmədov Nicat Nazir oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə həyat yoldaşı, 1992-ci il təvəllüdlü Məmmədova Leyla Feyzulla qızı və azyaşlı övladını Bakının Yasamal rayonunda yaşayan qayınanasının evinə aparırmış. Həmin vaxt N.Məmmədovun atası Nazir Məmmədov da avtomobildə olub. Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında N.Məmmədovla həyat yoldaşı L.Məmmədova arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Məmmədov avtomobili küçədə saxlayaraq yük yerindən götürdüyü bıçaqla həyat yoldaşına 2 zərbə endirib. Bu vaxt N.Məmmədovun atası Nazir oğlunu tutaraq gəlini Leyladan ayırıb, qadın hadisə yerindən yaralı vəziyyətdə qaçmaq istəyib. Atasının əlindən çıxan Nicat Məmmədov yenidən qadının arxasınca qaçaraq onu küçədə yaxalayıb və qadına sinə və boğaz nahiyələrindən 20-dən artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Rubrika.Az
Facebook-da paylaş












