Baş Nazir: Futbol üzrə Fransa çempionatı bərpa olunmayacaq
![]()
Fransa Milli Futbol çempionatı (Liq 1) koronavirus pandemiyası səbəbindən bərpa olunmayacaq.
Rubrika.Az Apa-ya istinadən verdiyi məlumata görə, Fransanın Baş Naziri Eduard Filipp bildirib ki, 5000 nəfərdən çox insanın qatıldığı idman yarışları sentyabra qədər keçirilə bilməz. Baş Nazir bu baxımdan 2019-2020-ci il futbol mövsümünün də bərpa olunmayacağını deyib.
Qeyd edək ki, UEFA milli çempionatların avqustun 2-dək bitirilməsini tövsiyə edib.
Futbol üzrə Fransa çempionatı 28 turdan sonra dayandırılıb. Çempionatda 38 oyun keçirilməlidir.
Son məlumata görə, Fransada indiyədək 165 mindən çox insan koronavirusa (COVID-19) yoluxub, 23 mindən soç insan pandemiyanın qurbanı olub.
Rubrika.Az
Facebook-da paylaş











