Tovuzda maşın aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO
![]()
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.AZ-ın Apa-ya istinadən məlumatına görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








