Azərbaycanın Türkiyədəki səfirliyi vətəndaşlarımıza müraciət etdi
![]()
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə yaşayan,təhsil alan və müvəqqəti olaraq burada olan vətəndaşlarımıza müraciət edib.
RUBRİKA.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, müraciət Türkiyədə sabahdan etibarən tətbiq ediləcək küçəyə çıxmaq qadağası ilə bağlı olub:
“Türkiyə hökumətinin qərarı ilə 01 may saat 00:00-dan etibarən 03 may saat 24:00-dək Türkiyənin 31 şəhərində üç günlük küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Bu günlərdə siz də #Evdəqalın, sağlam olun!”
RUBRİKA.AZ
Facebook-da paylaş








