Kür çayında 64 yaşlı kişi batıb
![]()
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub.
Rubrika.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Rubrika.Az
Facebook-da paylaş










