Tramp onları xalq düşməni elan etdi
![]()
ABŞ Prezidenti Donald Tramp ölkə mətbuatını xalq düşməni elan edib.
Rubrika.Az xəbər verir ki, bu barədə ABŞ lideri Tvitter hesabında paylaşım edib.
“Media həqiqətən də nəzarətdən çıxıb. Necə işlədiklərinə baxın.
Onlar xalqın düşmənidir. Ancaq narahat olmayın. Noyabr ayında birgə qələbə qazanacağıq”, - prezident bildirib.
Qeyd edək ki, Donald Trampın son mətbuat konfransında jurnalistlə arasında gərginlik yaşanıb. Daha sonra ABŞ lideri əsəbləşərək konfransı tərk edib
Rubrika.Az
Facebook-da paylaş











