Bakı sakini 20 manata görə küçədə bıçaqlandı

Bakıda pula görə bıçaqlanma hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
3 nəfər naməlum şəxs Bakı şəhər sakini O.Həsənovla mübahisə edərək onun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirib və 20 manat pulunu alaraq hadisə yerindən uzaqlaşıblar.
O.Həsənov xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanıblar.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












