Türkiyə prezidentindən Azərbaycan dilində təbrik mesajı - FOTO
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May - Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, ölkə prezidentinin “Twitter” hesabında paylaşılan təbrik mesajı Azərbaycan dilində olub.
“Azərbaycan Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına salamlarımı və sevgilərimi çatdırıram”, - deyə ismarıcda bildirilib.![]()
Rubrika.Az
Facebook-da paylaş








