Bakıda mənzildə meyit tapılıb
![]()
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Rubrika.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Semyoniçeva Cəmilə Qaraxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Rubrika.Az
Facebook-da paylaş






