Kürdə burulğana düşənlərin adları bilindi - YENİLƏNİB
![]()
Kürdə boğulan şəxslərin adları məlum olub.
Bərdə rayon Nazırlı kənd icra nümayəndəsi Pərviz Əlizadənin Oxu.Az-a verdiyi məlumata görə, bədbəxt hadisə bu gün günorta saatlarında baş verib:
“Dostlar çayda çimərkən suyun burulğan hissəsinə düşüblər. Onlardan Məhəmməd Əliyev, Şəmistan Mustafazadə, Ozal Göyüşov sudan çıxmağı bacarıblar. Hazırda burulğana düşən 18 yaşlı Röyal Mirağazadənin axtarışları davam edir”.
16:28
Bərdədə Kür çayında üzən dörd nəfər burulğana düşüb.
Hadisə çayın rayonun Nazırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Oxu.Az-a bildirilib ki, çayda batma təhlükəsi ilə üzləşən üç nəfər sudan çıxarılıb:
“2002-ci il təvəllüdlü Mirağazadə Röyal Rafiq oğlunun axtarışları davam etdirilir”.
Hazırda faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














