Paytaxtın Xətai rayonunda yaşayış binasında yanğın olub
![]()
Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Rubrika.Az-a FHN-ə istinadən xəbər verir.
Məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş








