Bakıda tikiş sexində yanğın olub
![]()
Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.
Rubrika.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 40 m² olan tikiş sexinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Rubrika.Az
Facebook-da paylaş













