Gürcüstanda koronavirusa yoluxanların sayı artdı - YENİLƏNİB
![]()
Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 827-yə çatıb.
Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Qeyd olunub ki, indiyədək COVID-19-a yoluxanların 690-nı sağalıb, 13-ü isə dünyasını dəyişib.
Ölkə üzrə karantində 3 230, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.
Rubrika.Az
Facebook-da paylaş















