Ermənistanda hakimiyyət böhranı – Paşinyan müavinini “vurmağa“ hazırlaşır
![]()
Ermənistanda hakimiyyətdaxili intriqa getdikcə güclənir.
Rubrika.Az yenisabah.az-a istinadla xəbər verir ki, baş nazir Paşinyanın növbəti hədəfi müavini Tiqran Avinyandır. Paşinyan baş nazirin müavinini istefaya göndərməyə hazırlaşır.
Müşahidəçilər iddia edirlər ki, Paşinyanın Avinyanı istefaya göndərmək fikri qətidir. O, bu qərarını koronavirusa yoluxma tempinin azaldığı iyun ayının axırlarında açıqlamağı planlaşdırır. Onun məqsədi mövcud problemləri Avinyanın ayağına yazmaqla əhalinin artan narazılığını azaltmaqdır.
Ermənistan KİV-lərinin iddiasına görə, Baş nazirin yeni müavini postuna təhsil naziri Araik Arutunyanın gətirilməsi gözlənilir.
Rubrika.Az
Facebook-da paylaş







