Türkiyə İraqda PKK-ya qarşı yeni əməliyyata başlayıb

Türkiyə hərbi hava qüvvələrinin İraqın şimalında PKK terror qruplaşmasına qarşı yeni əməliyyatı başlayıb.
Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.
Məlumata əsasən, yeni "Qartal pəncəsi" əməliyyatı çərçivəsində Türkiyənin hərbi təyyarələri PKK-nın mövqelərini bombalayırlar.
Rubrika.az
Facebook-da paylaş












