İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
![]()
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 3 döyüşçüsünü zərərsizləşdirib.
Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.
Silahlılara zərbələr terrorçuluğa qarşı "Pəncə" əməliyyatı çərçivəsində vurulub.
"Pənçə-1" əməliyyatı mayın 27-də İraqın Hakurk rayonu ərazisində Türkiyənin milli müdafiə nazirinin rəhbərliyi ilə başlayıb.
Rubrika.az
Facebook-da paylaş















