“Mən ailəmi və doğmalarımı belə qoruyuram…” - Əməkdar artist çağırış etdi
![]()
Azərbaycanda xüsusi karantin rejimi uzadılır, iki həftəlik ciddi karantin rejimi tətbiq edilir. Bu barədə Operativ Qərargahın brifinqində məlumat verilib.
Yenisabah.az-a danışan Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan vətəndaşlara səslənərək onları karantin qaydalarına əməl etməyə çağırıb:
“Allah özü bizə kömək olsun. Dövlətimizin iki həftəlik karantin rejimi elan etməsini müsbət dəyərləndirirəm. Mən də özümü mümkün qədər qoruyuram, evdən çıxmamağa çalışıram. İnsan özünü bu virusdan ancaq belə qoruya bilər. Mən xalqımıza, vətəndaşlarımıza səslənirəm. Nə qədər biz evdə otursaq, dövlətin qayda və qərarlarına əməl etsək, tezliklə pandemiya bəlasından qurtulacağıq. Mən özümü də, ailəmi və doğmalarımı da belə qoruyuram. İnanıram ki, hər şey yaxşı olacaq”.
Əməkdar artist evdə otursa da həvəsdən düşməməyə çalışdığını bildirib:
“Evdə oturanda da çalışıram ki, həvəsdən düşməyim. Yaradıcılığımla məşğul oluram. Gördüyünüz kimi, bu aralarda da mən COVİD-19 və karantin rejiminə aid həm şeirlər, həm klip və musiqilər təqdim etmişəm. Allah özü bizə kömək olsun, Allah amanında deyirəm həmişə bütün bəşəriyyətə. Allah bizim günahlarımızı bağışlasın və bundan daha pis sınaqlara çəkməsin. Hər şey yaxşı olar, əsas odur ki, sülh, əminamanlıq olsun. Başda ölkə başçımız İlham Əliyev, birinci vitse prezidentimiz, analar anası, qayğıkeş Mehriban Əliyevanı, ailəsini, xalqımızı Allah qorusun, bir etsin. Mehriban olaq, o zaman hər şey yaxşıdan da yaxşı olacaq”.
Qeyd edək ki ciddi karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda 21 iyun saat 00.00-dan 5 iyul saat 06.00-dək tətbiq ediləcək.
Rubrika.Az
Facebook-da paylaş














