Türkiyədə bu gün koronavirusdan 24 nəfər ölüb
![]()
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 24 nəfər ölüb.
Rubrika.Az-ın xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 41413 şübhəli koronavirus testindən keçib, onlardan 1212-nin cavabı pozitiv çıxıb. Bu gün 1293 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4974 nəfər ölüb, 188897 nəfər bu infeksiyaya yoluxub, 161533 nəfər isə müalicə olunub.
Rubrika.Az
Facebook-da paylaş













