Almaniyalı məşqçi Azərbaycana gəlməkdən imtina edib
![]()
Almaniyalı məşqçi Rayner Kraft Azərbaycan millisinin təklifini geri çevirib.
Rubrika.az Qol.az-a istinadən xəbər verir ki, o, bunu “Teckbote” nəşrinə açıqlamasında özü deyib.
Kraftın sözlərinə görə, 2010-11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olarkən U-17 millimizi çalışdırması üçün ona Azərbaycandan təklif gəlib. 58 yaşlı mütəxəssis ölkəsində çalışmağı daha üstün tutub.
Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.
Rubrika.az
Facebook-da paylaş















