Braziliya prezidentindən etiraf: “Yoluxub-yoluxmadığımı bilmirəm”
![]()
Braziliya Prezidenti Jair Bolsonaru koronavirusu simptomsuz şəkildə keçirmiş ola biləcəyini açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Braziliya prezidenti etiraf edib ki, COVID-19-a yoluxub-yoluxmadığını bilmir.
“Bəziləri hesab edir ki, məndə koronavirus olub. Mən heç nə hiss etməmişəm, bilmirəm. Bəlkə, məndə anticisim olub-olmadığını yoxlamaq üçün daha bir test etdirdim”, - deyə J.Bolsonaru bildirib.(oxu.az)
Rubrika.Az
Facebook-da paylaş














