Qazaxda qətl törədilib
![]()
Qazaxda qətl hadisəsi baş verib.
Rubrika.Az-ın məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Məmmədov Fərux hələlik şəxsiyyəti məlum olmayan həmyerlisini aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb. Sonuncu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş













