Kürdəmirdə yeniyetmə Kürdə batıb - FOTO - YENİLƏNİB
![]()
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Kürdəmir sakini Kür çayında batıb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Mollakənd kənd sakini, 2005-ci il təvəllüdlü Salam İbrahimxəlil oğlu Baxşıyev Kür çayında çimərkən boğulub.
Hazırda S. Baxşıyevin tapılması istiqamətində axtarışlar aparılır.![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş














