Taxtakörpü-Ceyranbatan su kanalında bir nəfər batıb
![]()
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Rubrika.Az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Rubrika.Az
Facebook-da paylaş












