Rusiyada koronavirusdan daha 173 nəfər öldü

Rusiyada son sutka ərzində 6 562 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 700 min 792 nəfərə çatıb.
Rubrika.az.org bildirir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, gün ərzində daha 173 nəfər koronavirusdan ölüb və pandemiya qurbanlarının ümumi sayı 10 667 nəfər olub.
İndiyədək 472 511 xəstə sağalıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdədir.
Rubrika.az
Facebook-da paylaş














