Hacıqabulda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Hacıqabulda ağır yol qəzası olub.
Rubrika.Az-ın məlumatına görə, hadisə Hacıqabulun Padar kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Sürücü ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş















