Türkiyədə ağır qəza - 4 müəllim həlak oldu
![]()
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az xəbər verir ki, hadisə Hakkari vilayətinin Yüksəkova qəsəbəsində qeydə alınıb. Məktəbə məxsus avtobusun dağlıq ərazidə aşması nəticəsində dördü müəllim olmaqla 6 nəfər həyatını itirib.
Qəzada yaralanan bir nəfər isə xüsusi helikopterlə Yüksəkova mərkəzi xəstəxanasına çatdırılıb.
Rubrika.Az
Facebook-da paylaş















