Belarus DİN Minsk mərkəzindəki qarşıdurmalar barədə -YENILƏNİB
![]()
Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Minskdəki qarşıdurmalarda 1 etirazçının öldüyünü açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, partlayışlar yalnız Minskdəki “Riqa” supermarketin ərazisində baş verib. Bundan əvvəl etirazçıların ərazidə barrikadalar qurmağa başladığı bildirilmişdi.
Daxili qoşunların yük maşınları Puşkin meydanındakı etirazçıların olduğu əraziə gedib. Hadisə yerinə təcili yardım qrupları cəlb edilib və mikroavtobus dolu saxlanılanlar olub.
***23:10
Belarusun Brest şəhərində prezident seçkilərinin nəticələrinə qarşı mitinqçilərin saxlanılması başlayıb.
Bu barədə “Gazea.ru” xəbər verib.
Bildirilir ki, hazırda OMON-çular Maşerov prospekti ilə Sovet küçəsinin kəsişməsindədir. Onlar kütləyə daxil olur və seçmə insanları tuturlar.
Agentliyin məlumatına görə, hərəkətdə olan maşınlar siqnal verir, insanlar isə sadəcə əl çalırlar.
Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb. Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb.
Rubrika.Az
Facebook-da paylaş











