Türkiyədə koronavirusla bağlı son vəziyyət
![]()
Türkiyədə son sutka ərzində koronavirusdan 56 nəfər dünyasını dəyişib, 1671 nəfər isə virusa yoluxub.
Bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 951-ə, yoluxanların sayı isə 288 126-ya yüksəlib. Son 24 saat ərzində 1117 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 256 524-ə çatıb.
Rubrika.az
Facebook-da paylaş










