Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb

Bu gün Türkiyədə koronavirusdan 18 nəfər ölüb.
Rubrika.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 300-ə çatıb.
Son sutka ərzində koronavirusa daha 1 024 nəfər yoluxub. Beləliklə Türkiyədə COVID-19-a yoluxanların ümumi sayı 209 min 962 nəfərə yüksəlib. Son sutkada Türkiyədə 2 879 nəfər koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 190 min 390 nəfərə yüksəlib.
Rubrika.az
Facebook-da paylaş







