Klinikada yanğın — 4 ölü, 2 yaralı
![]()
Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib.
Rubrika.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.
Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb.
Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.
İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər.(apa.az)
Rubrika.Az
Facebook-da paylaş














