Bakıda metro 25 dəqiqə gecikdi - SƏBƏB
![]()
Bakı metrosunda texniki nasazlıq baş verib.
Sosial şəbəkələrdə yayılan məlumata görə, qatar “Gənclik” stansiyasından “Nəriman Nərimanov” stansiyasına 25 dəqiqə ərzində çatıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Nəriman Nərimanov-Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib:
“Bu səbəblə metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur. Bəzi qatarlar arasında intervaldan əlavə olaraq iki üç dəqiqə gecikmə müşahidə olunur. Bəziləri isə interval göstəricisinə uyğun hərəkət edir”.
Rubrika.Az
Facebook-da paylaş













