Bu ölkədə bir gündə 560 nəfər koronavirusdan öldü
![]()
Meksikada son gün ərzində COVID-19 560 nəfərin həyatına son qoyub.
Rubrika.Az xəbər verir ki, ölkədə bu günədək 77 163 nəfər virus səbəbilə həyatını itirib.
Yoluxma sayı isə 4 446 nəfər artaraq 738 163 nəfərə çatıb. İndiyədək Meksikada 530 945 xəstə virusu məğlub edib. 130 055 nəfər isə aktiv virus daşıyıcısıdır.
Qeyd edək ki, Meksikada ümumilikdə 1 935 334 COVID-19 testi tətbiq olunub.
Rubrika.Az
Facebook-da paylaş









