Korona xəstəsinə cinayət işi açıldı
![]()
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədov virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk etdiyi məlum olub.
Polis tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Rubrika.Az
Facebook-da paylaş








