Gürcüstanda karantin müddəti uzadılıb
![]()
Gürcüstanda koronavirusa görə tətbiq olunan karantinin müddəti uzadılıb.
“Sputnik Gürcüstan” bu barədə ölkənin İqtisadiyyat naziri Natiya Turnavanın açıqlamasına istinadla məlumat yayır.
O qeyd edib ki, 1 fevrala qədər iş adamları ilə fəal əlaqə qurmaq üçün istifadə ediləcək və həmin tarixdən etibarən ticarət və ictimai nəqliyyatın bərpası üçün daha etibarlı açılışa hazırlaşılacaq.
RUBRİKA.AZ
Facebook-da paylaş
















