Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3306-ya yüksəldi
![]()
Gürcüstanda son sutkada daha 829 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.
Rubrika.az xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 263 057-yə çatıb.
Son 24 saat ərzində 566 nəfər sağalaraq evə buraxılıb, 8 pasiyent isə vəfat edib. Sağalanların sayı 254 916-ya, ölənlərin sayı isə 3 306-ya yüksəlib.
Rubrika.az
Facebook-da paylaş














