Gürcüstanda koronavirusdan ölənlərin sayı 2 800-ü ötüb
![]()
Gürcüstanda son sutkada daha 1 857 nəfərdə koronavirus aşkarlanıb, 993 nəfər müalicə olunaraq sağalıb, 24 pasiyent isə ölüb.
Rubrika.Az xəbər verir ki, qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 241 637 təşkil edir. Yoluxanların 227 208-i sağalıb, 2 820-si isə vəfat edib.
Hazırda karantin rejimində 514, stasionar nəzarətdə 3 879 nəfər saxlanılır. 569 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Rubrika.Az
Facebook-da paylaş













