• Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Son illər bütün sahələrdə dinamik inkişafın müşahidə olunduğu Şamaxı torpağının hər qarışında abadlıq, quruculuq işləri geniş vüsət alıb. Tarixin sərt sınaqlarından üzüağ çıxan qədim diyar bu gün özünün yeni tərəqqi dövrünü yaşayır. Ölkə başçısının, birinci vitse-prezidentin dəfələrlə səfərlər etdiyi, xüsusi diqqət və qayğı göstərdiyi rayonda yeni layihələr həyata keçirilir, sakinlərin sosial rifahının yüksəldilməsi üçün davamlı tədbirlər görülür.

    Tahir Məmmədovun rayona rəhbərlik etdiyi dövrdə görülən işlər Şamaxının inkişaf tarixində xüsusi səhifə təşkil edir. Onun icra başçısı təyin olunmasından az sonra rayonda baş verən zəlzələ sanki bir sınaq idi. Amma görülən operativ tədbirlər, gərgin əmək və peşəkarlıq nəticəsində zəlzələnin fəsadları qısa zaman kəsiyində aradan qaldırıldı, zərərçəkənlərin bütün problemləri həll edildi. T.Məmmədov ziyan çəkən hər bir ailənin qayğıları ilə yaşadı-heç kim özünü tək sanmadı. Elə cənab prezidentin o günlər verdiyi tapşırıqların da çevik,operativ həyata keçirilməsi dediklərimizin təsdiqidir.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    T.Məmmədov hər zaman dövlətin, cənab Prezidentin sadiq əsgəri olaraq fəaliyyət göstərir. Ulu Öndərin siyasi kursuna sədaqət, xalqa xidmət onun həyat amalıdır. Məhz bu keyfiyyətlər onu xarakterizə edən xüsusiyyətlərdir. Hər qarışı abadlaşan,çiçəklənən Şamaxının zəhmətkeş insanları sabaha nikbin baxışlarla baxırlar. Bu gün rayonun qayğıları ilə yaşayan, uğurları üçün yorulmadan çalışan bir komanda fəaliyyət göstərir. Bu T.Məmmədovun əzmkarlığının, yurda bağlılığının məntiqi nəticəsi, həm də böyük etimada,dövlətə və xalqa olan sevginin təzahürüdür.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Bu gün Şamaxı zəngin tarixi ənənlərlə müasirliyin vəhdətindən doğan,yeni layihələrə qucaq açan inkişaf modelidir. Elə bu günlərdə ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin tətbiq edilməsi dediklərimizin əyani sübutudur.
    Ölkəmizdə səhiyyənin inkişafı hər zaman dövlətin prioritet sahələrindən birini təşkil edib. Davamlı həyata keçirilən yeni layihələr, yüksək diqqət və qayğı bu sahədə böyük uğurların qazanılmasına səbəb olub. Xüsusilə birinci vitse-prezident Mehriban xanımın səhiyyəyə olan qayğısını ağır pandemiya dövründə ölkənin hər bir vətəndaşı hiss etdi.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Səhiyyə sahəsində aparılan islahatların həyata keçirilməsində TƏBİB-in xüsusi rolunu vurğulamaq lazımdır. Ramin Bayramlının rəhbərlik etdiyi qurum səhiyyə sahəsində uzun illər hökm sürən boşluğu məharətlə doldurmağı bacardı və müasir tələblərlə ayaqlaşa bilməyən bir sistemə yeni nəfəs gətirdi. Müasir və innovativ yanaşma qısa zaman ərzində böyük uğurlara yol açdı. Bu gün səhiyyə sistemində tətbiq edilən yeniliklər, layihələr vətəndaşların tibbi müdafiəsinin güclənməsinə və əlçatan olmasına şərait yaradıb. Elə ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan “PROACT_Care” İlkin Səhiyyənin inkişafı layihəsi də bu qəbildəndir.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. Layihənin birinci fazası ərzində keçirilən fokus qrup müsahibələri və sosial sorğu vasitəsilə səhiyyə işçilərinin öyrənmə ehtiyacları, ilkin səhiyyə sistemnin ehtiyacları və yerli icmaların səhiyyə ilə bağlı əsas ehtiyacları müəyyənləşdirilib. Həmçinin, Şamaxıda təlim mərkəzi yaradılaraq tibb işçilərinə təlimlər keçilməyə və gərəkli tibbi avadanlıq alınaraq ilkin səhiyyə müəssisələrinə paylanılmağa başlanılıb.
    Pandemiyaya qarşı mübarizə aparılan bir vaxtda bu cür layihənin həyata keçirilməsi xüsusilə önəmlidir. Layihə Şamaxı rayonun¬da mövcud səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan verəcək sistemin yaradılması və insan resurslarının formalaşdı¬rılmasına yaxından kömək edəcəkdir.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Bu gün Şamaxıda səhiyyə sistemində aparılan islahatlar, yeniliklər uğurla tətbiq edilir. İcbari Tibbi Sığortanın tətbiqi yüksək səviyyədə həyata keçirilir və sakinlər tərəfindən razılıqla qarşılanır. Tətbiq edilən yeni layihənin də rayonda səhiyyənin inkişafına daha da təkan verəcəyi gözlənilir.
    Bu fikirlər Şamaxıda İlkin Səhiyyənin İnkişafı layihəsinin icrasının birinci fazasının tamamlanması və təkmilləşmiş ilkin səhiyyə modelinin master planının müzakirəsi il bağlı layihə tərəfdaşlarının keçirilən görüşündə də xüsusi vurğulanıb. Görüş zamanı Şamaxı şəhəri və kəndlərində olan xəstəxanaların mövcud vəziyyəti müzakirə edilib. Regionda səhiyyənin inkişafı məqsədilə rəqəmləşdirmə prosesinə ən tez zamanda start verilməsinin vacibliyi və zəruri tibbi avadanlıqların təchiz edilməsinin zəruriliyi vurğulanıb. Şamaxı regionunun səhiyyə sisteminin inkişafı üçün növbəti addımlarla bağlı ÜST-nin tövsiyələrinin əhəmiyyəti qeyd olunub.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Dr. Ramin Bayramlı, Millət vəkili və Heydər Əliyev Fondunun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Soltan Məmmədov, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Ruslan Abdullayev, ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı və sadalanan qurumların digər əməkdaşları iştirak edib.
    Öz inkişafının yeni mərhələsinə qədəm qoyan qədim Şamaxı daha bir layihənin uğurla icrasına ev sahibliyi edir. İnanırıq ki, tətbiq edilən yeni layihə rayonda səhiyyənin inkişafında yeni mərhələnin əsasını qoyacaq, şamaxılıların layiqli tibbi xidmətlə təmin olunmasına şərait yaradacaqdır.

    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib
    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib
    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib
    Ölkəmizdə ilk dəfə Şamaxıda təşkil olunan  "PROACT-Care" İlkin Səhiyyənin inkişafı layihəsinin icra vəziyyəti ilə bağlı tərəfdaşların görüşü keçirilib

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş