Bu gün Ərdoğan Milli Məclisdə çıxış edəcək
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.
Rubrika.az xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.
Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. O, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşüb. İki ölkə başçıları müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıblar.
Rubrika.az
Facebook-da paylaş














