Türkiyə səfirliyindən bayram təbriki
![]()
Türkiyənin Azərbaycandakı səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.
Rubrika.az xəbər verir ki, təbrik mesajı diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.
“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, - təbrik mesajında deyilir.![]()
Rubrika.az
Facebook-da paylaş













