DİN-dən 5 nəfərin öldüyü qəza haqda açıqlama (YENİLƏNİB)
![]()
Daxili İşlər Nazirliyi tərəfindən bu gün Qubada 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə açıqlama verilib.
Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”ya bildirib ki, hadisə bu gün səhər saat 7 radələrində Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında baş verib: "Hərəkətdə olan "Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan dörd sərnişin və bir sürücü həlak olub.
Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Məlumdur ki, kəndarası yollarda polis postları, sürətölçən radar yoxdur. Sürücü magistral trasda hərəkət etsəydi, radarlara görə bu qədər sürətli şəkildə avtomobili idarə etməzdi”.
10:16
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.
"Report"un verdiyi məlumata görə hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.
Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









