Ağcabədidə avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 4-ü yaralanıb - YENİLƏNİB-2

Ağcabədi rayonunda yol qəzası baş verib.
bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, dekabrın 16-da saat 22 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə Ş.Abdullayev və sərnişinlərindən anası Mətanət və azyaşlı oğlu Rövşən hadisə yerində ölüb, digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
*** 07:29
Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü, 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlu və sərnişin, 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlu hadisə yerində ölüblər. Əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri sürücü və sərnişinin meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Daha əvvəl rayonun Boyat kəndində ölüm və xəsarətlə nəticələnən digər yol qəzası da baş verib.
Facebook-da paylaş












