Yataq xəstəsi olan anasını boğaraq öldürən qadına hökm oxundu
![]()
..Mingəçevirdə anasını boğaraq öldürən Sədaqət Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci il oktyabrın 09-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.
Rubrika.az
Facebook-da paylaş













