"Qoç ət" restoranında yanğında üç nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadrat metr olan (hər mərtəbəsi 240 kvadrat metr) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.
Yanğın zamanı üç nəfər tüstüdən zəhərlənib.
Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
10:01
Bakıda restoran yanır. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib. (Report)
rUBRİKA.aZ
Facebook-da paylaş












