Binəqədidə binada yanğın: 2 azyaşlı tüstüdən zəhərlənib - YENİLƏNİB
![]()
11:06
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.
Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.
Hazırda həkimlərin müdaxiləsindən sonra azyaşlıların vəziyyəti qənaətbəxş hesab olunur.
Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
---------
09:54
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.
Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.
----------
09:17
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.
Yanğın binanın 3-cü mərtəbəsində başlayıb.
Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunublar. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.
Rubrika.az
Facebook-da paylaş










