Goranboyda 1, Abşeronda isə 3 nəfər dəm qazından zəhərləndi (YENİLƏNİB)
![]()
Abşeron rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, Masazır qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Muradxanlı Günel Elxan qızı, Fatmayi qəsəbəsində 1992-ci il təvəllüdlü Abiyeva Nişanə Səxavət qızı və Xırdalan şəhərində 1998-ci il təvəllüdlü Əliyeva Nurudə Əsəd qızı dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
22:43
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Vaqif küçəsində baş verib.
Rayon sakini, 2007-ci il təvəllüdlü O.Orucov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 15 yaşlı oğlan yaşadığı evdə dəm qazından zəhərlənib.
Rubrika.Az
Facebook-da paylaş













