Çavuşoğlu Lavrovla Türkiyədə keçiriləcək Ukrayna-Rusiya danışıqlarını müzakirə edib
![]()
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, danışıq zamanı Ukraynadaki son yeniliklər, mövcud humanitar vəziyyət müzakirə edilib.
Həmçinin, danışığın əsas mövzularından biri də İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşü olub.(report)
Rubrika.Az
Facebook-da paylaş












